Dərc edilib: 04-08-2023

https://www.nuh.az/35046-.html

Pənah Hüseyn - Nemət Pənahlıya bir yumruq vurmuşam, şəkli də var

04.08.2023 11:45:09

LIVE

Müsavat TV-nin canlı efirində Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı  arasında keçirilən debatda gərginlik yaşanıb.

Pravda.az xəbər verir ki, N.Pənahlı vaxtilə Pənah Hüseynin onun qolunu qırdığını iddia etsə də, P.Hüseyn bunun tamamilə yalan olduğunu deyib.
O, Nemət Pənahlını necə vurduğundan danışıb:
"Mirmahmud Mirəlioğlunun Səhiyyə Nazirliyinin köhnə binasının qarşısında ofisi var idi. İçəridə 15-20 nəfər adam olub. Mən söz demişəm, Nemət də cavabını qaytarıb. Mən də ona yumruq vurmuşam. Təsadüfən çəkilən şəkli məndə var. Montaj deyil, araşdıra bilərlər. Nemət Pənahlı ondan danışır. Necə yəni qolunu qırmaq?”

NUH informasiya agentliyi səhifəsindən çap edilib