Dərc edilib: 05-08-2023

https://www.nuh.az/35050-.html

Aysel Şükürovaya silahı hücum - Yaralı var

05.08.2023 10:29:30

LIVE

Bloqer Aysel Şükürova keçmiş əri Elşən Əsgərli tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib. 

Metbuat.az yazır ki, o, bu barədə "İnstaqram" hesabında bildirib.
Bloqerin sözlərinə görə, keçmiş əri onu görüşə çağırıb və bu zaman bıçaqdan istifadə edib:
"Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi, bıçaq onlardan birinin əlinə, ayağına girdi”.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, paylaşımdan məlumatlıdırlar. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, Elşən Əsgərli Aysel Şükürovanın ilk əri olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib