Dərc edilib: 05-08-2023

https://www.nuh.az/35052-.html

Nazir Xalq artistinin qızını işdən çıxardı

05.08.2023 12:19:16

LIVE

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1 rentgenoloq, 2 stomotoloq, 3 tibb bacısı, 1 terpaevt öz ərizələri ilə işdən çıxarılıb.
 
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunanlar arasında mərhum Xalq artisti Telman Adgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adgözəlova da var.
 
Qeyd edək ki, FHN-nin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyevadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib