Dərc edilib: 06-08-2023

https://www.nuh.az/35057-.html

Rusiyanın Ukraynadakı itkiləri 250 minə çatır

06.08.2023 16:19:12

LIVE

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 249 700 hərbçisi məhv edilib.

 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 237 tank, 8 262 zirehli maşın, 4 965 artilleriya sistemi, 705 reaktiv yaylım atəşi sistemi, 466 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 311 helikopter, 4 126 PUA, 1 359 qanadlı raket, 18 gəmi/qayıq, 7 441 avtomobil texnikası və avtosistern, 734 xüsusi texnikadan ibarətdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib