Dərc edilib: 08-08-2023

https://www.nuh.az/35071-.html

Elimizin-obamızın dəyərli ziyalısı Eldar Eyvazovun ad günüdür....

08.08.2023 18:28:22

Cəmiyyət

Bu gün Zəngilan elimizin-obamızın  dəyərli  ziyalısı  Eldar Eyvazovun  doğum günüdür. 


Eldar müəllim təkcə bir kəndə, bir  rayona deyil, bir millətə NÜMUNƏ-ÖRNƏK olan şəxsiyyətdir.

Onu yaxından tanıyanlar onun səmimiyyətinə, dürüstlüyünə  heyran olurlar. Bu cəhətlər Eldar müəllimin böyüdüyü ailədən, rəhmətlik valideynlərindən  gəlir.

Eldar müəllim uzun illər müxtəlif dövlət qurumlarında, Rayon Partiya Komitəsində, Rayon İcra Hakimiyyətində rəhbər vəzifələrdə çalışıb, təkcə şəxsi deyil, həm də dövlət ərəb-ərkanı ilə seçilib.

Eldar  müəllimi  doğum günü münasibəti ilə ürəkdən təbrik edirik, ona, ailəsinə, övladlarına sağlıqlı, mehriban, fərəhli ömür arzu edirik.

 

Dərin hörmət və  sayğı ilə Kamran Məhərrəmli  

NUH informasiya agentliyi səhifəsindən çap edilib