Dərc edilib: 10-08-2023

https://www.nuh.az/35077-.html

Neftçi” - “Beşiktaş” matçı “Haber Global”da canlı yayımlanacaq - FOTO

10.08.2023 11:15:31

LIVE

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş”la qarşılaşacağı matç “Haber Global” telekanalında canlı yayımlanacaq.

Bu barədə telekanalın paylaşdığı anonsda qeyd olunub. 

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək görüş saat 21:00-da start götürəcək.

Oyunu isveçrəli hakim Lukas Fahndrix idarə edəcək. 

Cavab oyunu bir həftə sonra İstanbulda oynanılacaq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib