Dərc edilib: 12-08-2023

https://www.nuh.az/35105-.html

Dünyaşöhrətli Azərbaycanlı cərrah-alim Cavad Heyətin ANIM günüdür

12.08.2023 19:09:18

Hadisə

 

Bu gün dünyaşöhrətli Azərbaycanlı cərrah-alim, eləcə də, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, “Varlıq” jurnalının qurucusu, bir neçə universitetin fəxri doktoru, Türk Dil Qurumunun fəxri sədri, Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə heyətinin üzvü, İranın və Türk Dünyasının məşhur #ÜrəkDamarCərrahı, İranda ilk dəfə Aorto Koronar Şuntlama əməliyyatının icraçısı #CavadHeyət'in anım günüdür (Cavad Mirzə Əli oğlu Heyət; 24.05.1925, Təbriz – 12.08.2014, Bakı).
O və Akademik Böyükkişi Ağayev'in iştirakı ilə 2006'cı ildə bir xəstəmizin üzərində aparılan (1 həftə) diskusiya və müalicə sonrası hər ikisinin birlikdə əlimi sıxaraq alnımdan öpməsi və onun "səni tanımağıma çox şad oldum və həkim kimi səninlə qürur duydum" sözü sənət həyatımında aldığım ən böyük mükafatlardan biri oldu.
Dahi İnsanı dərin hörmət və sevgi ilə yad edirəm!
Bu barədə Milli Məclisin üzvü  Rəşad Mahmudov öz  fb səhifəsində yazıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib