Dərc edilib: 12-08-2023

https://www.nuh.az/35107-.html

Prezident rəis müavininə yeni vəzifə verdi

12.08.2023 22:36:36

Siyasət

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Dəyişikliyə əsasən, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Müşahidə Şurasının üzvləri arasından çıxarılıb.
Şuranın tərkibinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini Cəfər Babayev daxil edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib