Dərc edilib: 13-08-2023

https://www.nuh.az/35110-.html

Vardanyan Azərbaycan Prezidentini övladları və nəvələri ilə HƏDƏLƏDİ - VİDEO

13.08.2023 00:22:14

LIVE

Erməni milyarder, hazırda Azərbaycan ərazisində yerləşən separatçı rejimin kölgə rəhbəri Ruben Vardanyan Azərbaycan Prezidenti İlham Əliyevi övladlarına və nəvələrinə qarşı terrorla hədələyib. İndi baxdığınız hissədə o, bu yaramazlığa və tipik erməni şantajına əl (dil) atıb.


Musavat.com xəbər verir ki, bu barədə görüntülər Ruben Vardanyanın geniş müsahibəsindən kəsilərək, “X” sosial şəbəkəsində yayılıb.

Vardanyan Qarabağdakı separatçıların ideoloqu və sponsorudur. Rusiya pasportu daşımağına baxmayaraq, onun beynəlxalq erməni diasporu ilə də ciddi əlaqələri var. Bu baxımdan da Qarabağdakı erməni köpəyi öz hədəsində məhz Fransa işarəsini verir və açıq terror təhdidi ilə çıxış edir.

Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra böyük məyusluq keçirən və heç bir sahədə revanş hərəkəti alınmayan erməni lobbisi indi Vardanyanın dili ilə Azərbaycan rəhbərini, müzəffər Ali Baş Komandanı terrorla hədələyir.

Musavat.com əmindir ki, Azərbaycan ərazisində qeyri-qanuni olaraq məskunlaşmış və artıq qudurma həddinə gələn Vardanyanın bu açıqlamasından sonra Azərbaycan tərəfindən müvafiq addım atılacaq. Bu açıqlama yetərlidir ki, onun barəsində Rusiyaya istinadla hüquqi prosedur başladılsın. Eyni zamanda, konkret bir adama - ölkə rəhbərliyinin ailəsini təhdid edən separatçıya qarşı nöqtə atəşli antiterror əməliyyatı həyata keçirilə bilər.

Musavat.com sözügedən reportajı təqdim edir:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib