Dərc edilib: 13-08-2023

https://www.nuh.az/35111-.html

Hikmət Abbasov işdən çıxarıldı

13.08.2023 10:42:15

LIVE

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.

 
 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.

Qeyd edək ki, son günlər bir çox rayonların Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib