Dərc edilib: 13-08-2023

https://www.nuh.az/35122-.html

Priqojinlə bağlı ŞOK İDDİA: 6 aydan sonra...

13.08.2023 22:54:10

LIVE

“Yevgeni Priqojin öldürülməsə, Rusiyanın növbəti prezidenti olacaq”. 


Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə DTK və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov danışıb.

Jirnovun sözlərinə görə, “vaqnerçilər”in liderinin yalnız ona tabe olan silahlı ordusu, həmçinin milyardları və media imperiyası var. Onunla rus elitası danışıqlar apara biləcək.

“Bellingcat” saytının araşdırmaçısı Xristo Qrozev də onunla razılaşıb. Qrozdevə görə, 6 aydan sonra Yevgeni Priqojin ya öləcək, ya da yeni qiyam başlayacaq.

Qrozevin iddiasına əsasən, “Vaqner” rəhbəri qiyam ərəfəsində yüksək rütbəli rus hərbçiləri ilə daim əlaqə saxlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib