Dərc edilib: 15-08-2023

https://www.nuh.az/35135-.html

Baş həkim Namiq Şirvan oğlu HAQQ dünyasına qovuşdu - ELEGİYA

15.08.2023 12:27:09

Hadisə

Zəngilan rayonunun  Məmmədbəyli kənd xəstəxanasının baş həkimi, bacarıqlı və istedadlı terapevt, respublikada tanınmış USM mütəxəssisi Namiq Şirvan oğlu Nəbiyev HAQQ dünyasına  qovuşub. 

Allah rəhmət eləsin. 

 

Mərhumun  3-7 mərasimi 17 avqustda Binəqədidə-Heydər Məscidində saat 10-da baş tutacaqdır.  

 

Mərhumun  həmyerlisi, tanınmış  şair, qələm əhli  Həsən Orucoğlunun  Namiq doktorla bağlı yazdığı elegiyanı dərc edirik. 


DURNA QATARININ LEYLACI HƏYATDAN KÖÇDÜ---------------------------------------        (ELEGİYA ƏVƏZİ)

 
...Göydə uçan durna qatarının Leylacı fələyin hədəfinə tuş gələndə...durnalar da pərən-pərən düşər.Lap qəlbi daş adam da belə bunu seyr etsə, qəlbi sızıldayar, param-parça olar...acı-acı göz yaşı tökər.Təəssüf ki, göylərin yaraşığı,bəzəyi olan bu durna qatarının səfi-nizamı pozulanda Yer də,Göy də titrəyər...bulud kimi dolar-boşalar.Və kiməsə hirsindən qəzəbi tutar...nifrəti birəbeş artar....Elə indicə aldığımız bir qəfil ölüm xəbər məni bax...beləcə bərk sarsıtdı.İçimdən tutub yerindən silkələdi də.Ağrımdan-acımdan heç dözə də bilmirdim...Zəngilan rayonundakı Məmmədbəyli kənd xəstəxanasının baş həkimi-nəcib,nəzakətli terapevt,Respublikada tanınmış Ultrasəsli Diaqnostika (USM) mütəxəssisi Namiq Şirvan oğlu Nəbiyev dünyasını dəyişmişdir.Ömrü boyu əynində ağ xalat...kimlərin sağlamlığı keşiyində dayanmamışdır,Namiq həkim?!Körpədən tutmuş...böyüyədək hamı sağlamlığını ancaq ona etibar edirdi,ona inanırdı. Yuxusuz gecələri...hətta yuxulu mürgülü gecələri bir həkim kimi elə bil ömürlük onun alnına,taleyinə yazılmışdı.Özü də həmişə deyərdi ki,bu,ağ xalatı əynimə geyinən gündən heç rahatlığım,bir dincliyim olmaylb...mənim!Xəstənin həyatını xilas etmək mənim xoşbəxtliyimdir,-deyirdi.Axı,onların ümid yeri bizik...Elə şirin yuxum da xəstənin tez sağalmağı,ayağa durub yeriməyi...bir də...bir də xoş təbəssümü və gülər gözləridir.Tam əminliklə deyərdim ki, xəstənin yolunda özünü oda-közə atan,minbir əziyyətə qatlaşan...nəhayət onu dirilidən,ona yenidən həyat bəxş edən dünyanın barmaqla göstərilən 10(on) həkimindən biriydi,Namiq həkim!Və öz peşəsinin əsl vicdan mücəssəməsi kimi tarixə qovuşdu,qızıl hərflərlə onun səhifəsinə həkk olundu!...Durna qatarının Leylacı köçdü bu dünyadan.Əlim də,dilim də...ürəyim də var gəlmirdi,bunları düzüb-qoşub...nəsə yazmağa.Acı göz yaşları içində... güc-bəla ilə...ürəyimin qanı ilə... hönkürə-hönkürə necə,nə cür yazdığımı heç özüm də bilmədim...Hava da rəngini birdən-birə yaman dəyişdi.Üstümə inanmadığım sıxıntılar...üzüntülər tökülüb axışırdı.Gözlərim də alacalaşırdı.Eşitdiyimdən daha çox gözlərim elə bil məni aldadırdı...Necə də durna qatarı kimi sıralanmış bu adlar onun mübarək ünvanını süsləyirdi:Cəfakeş...Səfakeş...və Şəfakeş!Əsl həyat üçün doğulmuşdu...Vətən üçün də çox dəyərli və qiymətli idi,Namiq həkim!...İndi isə hərəmiz bir küncə çəkilib...sənin yoxluğuna için-için ağlayırıq.Bu da yarımçıq qalmış bir ömrün sonu...Durna qatarının həyatdan köçən Leylacı!Gör neçə illər idi ki,qəlbi yaralı durna qatarını arxasına səf-səf düzüb...mürgülü-mürgülü mənzil başına aparırdı...Həsrəti...intizarı bitirmək üçün...Təəssüf ki,vüsala qovuşa-qovuşdura bilmədi!...Yer də,Göy də qan ağlayırdı...elə bil.Çox heyf...çox təəssüf.Bir də...bir də ünvanlı-ünvansız yerlərə səpələnmiş yaralı,qanadı qırılmış neçə-neçə yiyəsiz...köməksiz qalmış durnalar lələkləri üstə göy üzündən də təmiz göz yaşı axıdırdı!


NUH informasiya agentliyi səhifəsindən çap edilib