Dərc edilib: 23-08-2023

https://www.nuh.az/35196-.html

Müdafiə Nazirliyinin həbs edilən polkovniki MƏLİKMƏMMƏD hakim....

23.08.2023 16:52:57

LIVE

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri -Fikrət MirzəyevMahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən şəxslərin cinayət işləri ayrı-ayrılıqda icraata verilib.

İş Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin , Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib