Dərc edilib: 23-08-2023

https://www.nuh.az/35197-.html

Tanınmış jurnalist İlqar Həsənovun ad günüdür

23.08.2023 17:44:15

Mədəniyyət

Avqustun 24-ü bizim dostumuz, bölgə müxbirimiz İlqar Həsənovun ad günüdür. Tanıyanlar tanıyır, odur ki, haqqında ətraflı məlumat vemək niyyətində deyiləm. Amma İlqarın 3 original xüsusiyyəti var, onları deməliyəm.

Əvvəla, İlqar sözün əsl mənasında, canlı ensklopediyadır, onun yanında sizə Vikipediya-zad lazım deyi. İlqarın Azərbaycanda tanımadığı adam, bilmədiyi şey yoxdur. Kimi deyirsiz-deyin, İlqar sizə həmn adam haqqında geniş, izahlı arayış verə bilər, ən azı, bütün qohumlarını, vəzifədə olan adamlarını bir-bir saya bilər.
Sonra, İlqar orta yaşlı adam olsa da, köhnə kişilərdəndir. Şəhriyar demiş, “gözəllərin axıra qalmışıdır”. Bəli, bu adam özgənin dərdini öz dərdi kimi qəbul edə bilir və təmənnasız kömək edə bilir. Hətta mən deyərdim ki, Azərbaycanda təmənnasız yaxşılıq üzrə yarış keçirilsəydi, İlqar rahat 1-ci üçlüyə düşə bilərdi.
Razılaşın ki, bu gün belə kişiləri “gündüz çıraqla” axtarsaz, tapmazsız...
Nəhayət, İlqar Həsənovun 3-cü original xüsusiyyəti... İstəyirəm bunu mərhum dostumuz Məmməd Nazimoğlunun sözü ilə deyim. Həm İlqarın könlü xoş olsun, həm də Məmmədin ruhu şad olsun... Məmməd deyirdi ki, dostlarla çayxanada oturmuşuq, jurnalist həmkarların biri gəlir, biri gedir. Dünyanın gərdişindən, insanların vərdişindən, ölkənin vəziyyətindən - kef çəkənin kefindən, dərd çəkənin dərdindən maraqlı söhbətlər də gedir. Amma çayxana elə bil boşdur, sanki şəhər boşdur, bütün dünya boşdur, adam adam üçün darıxır, lap ürəyi sıxılır. Çünki İlqar şəhərdə yoxdur, bölgələrdədir...
Və son olaraq... İlqar, ad günün mübarək olsun. Qəlbin sevinclə, süfrən bərəkətlə, evin səadətlə dolsun. Allah səni qorusun...
Qalib AİF

NUH informasiya agentliyi səhifəsindən çap edilib