Dərc edilib: 28-08-2023

https://www.nuh.az/35222-.html

Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO

28.08.2023 13:35:21

LIVE

Ötən həftə "DogruXeber.az" informasiya portalında "İş adamları Fərəcovdan borcunu qaytarmasını tələb edir - Deyəsən "vəziyyət uruscadı""" başlıqlı material dərc etmişdik.

Materialın mövzusu Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun onlara külli miqdarda pul borcu olduğunu iddia edən 640 nəfər iş adamlarının redaksiyamıza ünvanladığı müraciət idi.

Materialın sonunda bildirmişdik ki, Zakir Fərəcovun "əli-qolu" olduğu deyilən iki şəxsdən biri olan şöbə müdiri Gündüz Əliyevin bizə "mətbuata cavabdeh" kimi təqdim etdiyi Ərazi İdarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsində baş mütəxəssis olan Eyvaz Qocayev sualları yazılı şəkildə votsap vasitəsilə göndərməyimizi istəmişdi. Biz dərhal sualları hazırlayıb göndərsək də iş gününün sonuna qədər nəinki cavab göndərmədi, heç telefonlarımıza belə cavab vermədi.

İş saatı bitdikdən sonra - yəqin ki, xeyli fikirləşdikdən, götür-qoy etdikdən sonra nəhayət ki, Eyvaz Qocayev 7 önəmli sualdan yalnız birini - dördüncü sualı qısa mesajla "cavab"landırdı.

4-cü sual belə idi ki, "Zakir Fərəcovun "Paşa bank"dan külli miqdarda pul krediti götürüyü və geri ödəyə bilmədiyi üçün məhkəməyə verildiyi barəsindəki məlumatlar doğrudurmu?"

"Mətbuata cavabdeh" Eyvaz Qocayev isə cavab niyyətilə bu cümlələri göndərib:

"Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun "Paşa Bank" ASC tərəfindən məhkəməyə verilməsi və guya dindiriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Məlumat üçün bildirək ki, "Sumqayıt Nəqliyyat" MMC-nin sözügedən bankla kredit müqaviləsi mövcuddur və ödənişlər həyata keçirilir.

Lakin, ödənişlərdə gecikmə olduğu üçün məhkəməyə müraciət olunub. Bu məsələdə tərəf kimi Sumqayıt şəhər icra hakimiyyətinin başçısı çıxış etmir."

Qeyd: Yeri gəlmişkən, növbəti yazılarımızda elə bu adıçəkilən "Sumqayıt Nəqliyyat" MMC-nin də barəsində şokedici məlumatları təqdim edəcəyik.

Eyvaz Qocayevin bir iş günü fikirləşib, o qədər sualdan yalnız birinə belə qısa cavab verməsi, onun əslində bütün sualları ötən yazımızda da qeyd etdiyimiz kimi səssiz cavablandırmasıdır.

Bəlkə də Zakir Fərəcovun uzaqgörən işçiləri, onun barəsində bu qədər şikayətlər və qaranlıq faktlar olduğuna görə yaxın gələcəkdə cavab verməli olacağını hiss edir və bu davranışları da onların qədim dövrdəki kimi "padşahları ilə birlikdə gömülmə"mək üçün "son çırpınışları"dır.

Ən azından Zakir Fərəcovun belə qoruya bilmədiyi Gündüz Əliyev nümunəsi var qarşılarında.

O Gündüz Əliyev ki, ötən həftə Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsinin baş mühasibi olan və doğmaca bacısı olduğu deyilən Gülnarə Bayramova ilə əlbir olaraq, digər yaxınları Elxan Əsədovun vasitəsilə 41 hüquqi şəxs təsis etmələri, saxta tenderlər keçirməklə, milyonlarla manat məbləğ mənimsədiklərinə görə barələrində cinayət işi açıldı.

Müdriklər deyib, "çoxbilmiş quş dimdiyindən ilişər". "Vaxtilə güvəndiyi dağa indi qar yağan" Gündüz Əliyevi bu dəfə heç kim, heç nə ədalətdən xilas edə bilmədisə, demək ki, digər "sadiq işçilər"in də aqibəti fərqli olmayacaq.

"Tender" demişkən, aşağıda təqdim etdiyimiz müqaviləyə diqqətlə baxın!

Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO

Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO


Bunları bizə demək olar ki, Sumqayıt şəhərini yenidən qurub ölkə başçısı qarşısında Zakir Fərəcovun "üzünü ağartdıqarını" iddia edən iş adamları təqdim edib.

Onlar bildirirlər ki, bu sənəddə adı keçən şəxs onların gördükləri işlərin görülməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən "tenderin qalibi" olan şəxsdir. Hansı ki, iş adamları o adamı tanımadıqlarını və ümumiyyətlə kimliyini öyrənmək üçün belə tapa bilmədiklərini deyirlər. Bu isə yoldaş Fərəcovun fəaliyyəti haqda daha böyük şübhələr yaradır.

Təbii ki, bunu araşdırmaq aidiyyatı qurumların işidir.

Amma, qeyd edək ki, son illər bir çox dövlət qurumlarında çalışan rəhbər şəxslər tender adı altında hərəsi bir tərəfdən dövlət büdcəsinə "hücum çəkiblər".

Bu barədə sosial mediada bir çox məlumatlar yer alır. Bundan əlavə ötən il "DogruXeber.az"ın xüsusi araşdırması da olmuşdur.

Belə ki, iki milyonluq "tenderin qalibi" olmuş "Xəzər İnşaat KO" MMC barəsində kiçik araşdırma apardığımız zaman məlum oldu ki, sən demə heç nə hüquqi ünvanı, nə də maddi-texniki güc bazası belə yox imiş. Rəsmi sənədlərdə onun ünvanı olaraq qeyd edilən ünvanda tamamilə başqa, heç sözügedən MMC-ni tanımayan iaşə obyekti fəaliyyət göstərir. Maraqlıdır ki, biz bu barədə 2021-ci ildə Prezidentin sərəncamı ilə tenderlərlərə nəzarət etmək üçün yaradılmış "Dövlət Satınalmalarına Nəzarət" - Antiinhisar şöbəyə də məlumat versək də, onlar "Xəzər İnşaat KO" MMC adını eşidən kimi, "iclasa gecikirik, sonra danışarıq" kimi bəhanələrlə sualdan yayındılar. Görünür, özünün fəaliyyətinə ciddi nəzarət lazım olan bu şöbə özü də bir çox saxtalıqlardan xəbərdardır.

Bəs görməzdən gəlməsinə səbəb nədir?

Əlqərəz...

Sözümüzün canı da elə budur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin də keçirdiyi "tenderin qalibi"nin iş adamlarının dili ilə desək "yoxa çıxması" artıq , o qədər də təəccüblü deyil. Üstəlik də orada Gündüz Əliyev kimi "tender mütəxəssisi" varsa, başqa nəsə gözləmək sadəlövhlük olar.

Müdriklər deyib, "tək əldən səs çıxmaz", bir də deyiblər "bir baş ağıllıdır, iki baş ondan da ağıllıdır".

Zakir Fərəcov da deyəsən müdriklərin bu cür ağıllı məsləhətlərini özünə "şüar seçib ", bütün alış-veriş işlərini iki ağıllı başa - "tender mütəxəssisi " Gündüz Əliyev və "qohumu " olduğub deyilən Baş memar Adil Xudadatova tapşırıb.

Hər halda bu iş adamlarının iddiasıdır ki, "Zakir Fərəcov bizimlə bütün görüşləri, məsələləri, alış-verişləri bu iki şəxs vasitəsilə həyata keçirirdi."

Qeyd edək ki, sosial media çox qısa müddət icra başçısının birinci müavini işləyən və tez bir zamanda həmin postu itirən Adil Xudadatov barəsində belə məlumatlar yer alıb ki, sən demə o, Zakir Fərəcovun kabinetinə göz dikibmiş. Lakin, prezident administrasiyasına təqdim olunacaq dosyesinin "qara-quralı" olması, işləri korlayıb.

Belə çıxır ki, Zakir Fərəcovla işləmək onun "gələcək arzularına gedən yolda tıkanlı sədd çəkib". Axı, taa Abşerondan bəri hər yerdə Zakir Fərəcovun "sağ əli", yaxud "kassir"i kimi tanınır. Belə olan halda isə bu kimi arzular "əlçatmaz" olur.

Amma, buna görə onu "şanssız" adlandırmaq Allaha acıq gedər bəlkə də. İki "rasiyyiski" diploma sahib olan "Kamaz" sürücüsünün İcra Hakimiyyətinə vəzifəyə gəlmək şansı da hər adama nəsib olmur. Düzdür arada Fərəcov əsəbləşib onu həbs etdirməklə "tənbeh"ləsə də, "qanadının altından" kənara buraxmayıb.

Necə deyərlər, "ətini yesə də, sümüyünü atmayıb".

Kim bilir, bəlkə də Xudadatov elə bu hadisələrdən sonra icra başçısı olmaq istəyib.

Qeyd edək ki, bütün bu məlumatlar sosial mediada - müxtəlif saytlarda dərc olunub.

Adil Xudadatov barəsində internet üzərindən xeyli araşdırma etdik. Bu qədər mənfi məlumatlardan sonra , nəhayət "pozitiv" bir yazıya rast gəldik. Vallah, bu qədər məlumatdan sonra o yazının elə başlığını oxuyanda, özündən biixtiyar adamın "dodağı qaçır".

"Mayası vətənpərvərlik və halalllıqla yoğrulmuş gözəl insan Adil Xudadatov "!

Təsəvvür edirsiniz? Bir dənə sayt, bütün saytları Xudadatova böhtan atmaqda ittiham edir.

Zəhrimara qalmış əl çirki, sən nələrə qadirsənmiş...

Yeri gəlmişkən aşağıdakı fotolarda sizə iş adamlarının gördükləri işlərin və xərclənən məbləğin audit yoxlamasının nəticələrini təqdim edirik.

Fotolara diqqət edin !

Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO

Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO

Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO

Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO

Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO


Təqdim edilən sənədlərdə də aydın görünür ki, "DogruXeber.az"a müraciət edən iş adamları iddialarında haqlıdırlar.

P.S: Baxmayaraq ki, ötən həftə iş adamlarının adlarını, onlara Zakir Fərəcovun borclu olduğunu iddia etdikləri məbləğ və "əli-qolu" olduğu deyilən Gündüz Əliyev və Adil Xudadatovun Zakir Fərəcova tərəf uzanan "uğur yolu" barəsində məlumat verəcəyimizi qeyd etmişdik.

Eyvaz Qocayevin "cavabı" xüsusi maraq doğuran xüsusi mövzu olduğu üçün bu dəfə bunu diqqətinizə çatdırmaq istədik.

Mərhələli şəkildə bütün məlumatları sizlərə təqdim edəcəyik.

Az deyil, azacıq deyil... 640 nəfər şikayət edir. Təbii ki, bütün bunları bir yazıya sığdırmaq müşkül məsələdir.

Odur ki, mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

Görəsən  barəsində cinayət işi açılmış Gündüz Əliyev necə  icra hakimiyyətində işləyir..? 

DogruXeber.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib