Dərc edilib: 28-08-2023

https://www.nuh.az/35223-.html

Prezidentdən Vaqif Mustafayevlə bağlı - Sərəncam

28.08.2023 16:38:07

Mədəniyyət

Prezident İlham Əliyev kinorejissor, Xalq artisti Vaqif Mustafayevlə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün V. Mustafayevin 70 yaşı tamam olur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib