Dərc edilib: 28-08-2023

https://www.nuh.az/35225-.html

Rauf Arifoğlu od püskürdü: Hacı Salayev və Fərhad Əhmədov "Yeni Müsavat"ı MƏHKƏMƏYƏ VERD

28.08.2023 18:53:19

LIVE

Milli Məclisin IV və V çağırış deputatı olmuş Hacı Salayev korrupsioner məmur və oğrudur. O, hansısa nazirin kölgəsində özünü önəmli insan kimi təqdim edir. 

Musavat.com xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

O bildirib ki, 7 iyul tarixində Musavat.com saytında Hacı Salayev haqqında yazı dərc edilib və sabiq deputat məktub yazaraq haqqında yayımlanmış materiala aşağılayıcı tərzdə münasibət bildirib. O, "Yeni Müsavat" qəzetini, həmçinin media qrupunun tərkibində fəaliyyət göstərən minval.info saytını məhkəməyə verib və 1 milyon manat təzminat tələb edir.

İşin qəribə tərəfi isə odur ki, "Yeni Müsavat" Media Qrupunun tərkibində yer alan və rus dilində fəaliyyət göstərən Minval.az saytı da milyarder Fərhad Əhmədov tərəfindən məhkəməyə verilib.

Rauf Arifoğlu qeyd edib ki, bir vaxtlar Rusiyanın ən nüfuzlu iş adamlarından biri kimi tanınan Telman İsmayılovun (AST Telman) qudası olan Hacı Salayev vaxtilə Milli Təhlükəsizlik Nazirliyindəki vəzifəsindən qovulmuş cinayətkarlardan biridir və hazırda Azərbaycanın kapitalını Türkiyəyə daşımaqla məşğuldur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib