Dərc edilib: 29-08-2023

https://www.nuh.az/35230-.html

Qobustan Mərkəzi Xəstəxanasına direktor təyin olundu - Foto

29.08.2023 22:24:13

LIVE

Qobustan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə İmran Qurbanova həvalə olunub.

 

Bu gün TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov onu kollektivə təqdim edib.

Qeyd edək ki, İ. Qurbanov 2021-ci ildən hazırkı təyinatınadək TƏBİB-in Koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib