Dərc edilib: 30-08-2023

https://www.nuh.az/35236-.html

İsmayıllıda meşələr məhv edilir, restoranlar çiçəklənir

30.08.2023 17:37:57

LIVE

İsmayıllı  meşələrində "yaşıl soyqırımı"n həyata keçirilməsi, qiymətli  ağacların kəsilərək  sexlərə göndərilməsi ilə bağlı  dəfələrlə ölkə  mediasında dəfələrlə  yazılar dərc olunub.

Təsəvvür edirsiniz, AĞACIN BİR BUDAĞINI  KƏSƏNİ  kəsəni cərimələyirlər, hətta cinayət işi açırlar, amma meşəni qırıb yerində  restoran, istirahət mərkəzi, şadlıq  evi açanlara  gözün üstə  qaşın var deyən yoxdur. 


Bu gün İsmayıllıda  fəaliyyət göstərən ORMAN, TOPÇU, MANQAL, ÇİNAR,  DƏRYA, OCAQ  və s. kimi restoran, istirahət mərkəzlərinin çoxu  məhv edilmiş yaşıllıqların, meşə sahələrinin üzərində tikilib. Hətta ORMAN restoranı biraz  irəli gedərək şadlıq evi də  tikib. Bunlar hamısı məhv edilən meşələrin  hesabınadır.

DƏRYA restoranı isə ətrafdakı Aşıqbayram  gölünü özəlləşdirib. Az qala gölə baxmaqdan da pul almaq istəyirlər.

TOPÇU restoranı isə  ağacları kəsə-kəsə  kabinetlərin sayını artırır.

Sözün qısası, İsmayıllıda meşələr seyrəlir, restoranların  sayı artır.

Bəs görəsən bu fəlakəti  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, cənab nazir Muxtar Babayev  görmür.

Sözün açığı, Ekologiya Nazirliyinin icazəsi olmadan bu qədər meşə sahəsini məhv etmək olmazdı. Hər bir qurum külli miqdarda “aylığını”  alıb  bu boyda cinayətə göz yumurlar.

Bəs görəsən, İsmayıllıda cənab Prezidenti  TƏMSİL  edən, rayonun icra başçısı  Bağırov Nahid Rza oğlu nə düşünür..?

2020-ci ildən İsmayıllını icra başçısı işləyən Nahid Bağırovun  tərcümeyi-halına nəzər salanda hər şey aydın olur:

4 Aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 242 və 151 saylı məktəblərdə alıb.

Neçənci ildə orta məktəbi bitirmisən, Rza kişinin oğlu Nahid..?

Bu adam nə qədər savadsız olubsa, 20 yaşında  ( 1999-1979 =  20 ) güc-bəla ilə Elşad Abdullayevin  ABU-sunu bitirib.

Neçənci ildə ABU-ya daxil olub. Yazmır,çünki...

Amma necə girib, testdən keçibmi..?

2006-cı ildə  Nahid  Bağırova  VƏHY gəlib və bu dəfə Abel Məhərrəmovun  BDU-sunu  bitirib.

Bəs neçənci ildə BDU-ya daxil olub..? Bunu da yazmır...

2020-ci ildən isə İsmayıllı rayonuna icra başçısı təyin olunub.

Belə tərcümeyi-halı olan adamın icra başçısı olduğu rayonda nəinki meşələri başını kəsərlər, hətta dağların dalını dağıdarlar.

Dağlar amanatı...meşələrimizi qoruya bilmədik, barı daağlarımızı  qoruyaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib