Dərc edilib: 31-08-2023

https://www.nuh.az/35240-.html

Türkiyədə silahlı insident olub - Ölənlər və yaralananlar var

31.08.2023 08:34:10

LIVE

Türkiyədə çayxanaların birində silahlı insident olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Güngören rayonunda baş verib.

 
Qarşıdurma zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib