Dərc edilib: 31-08-2023

https://www.nuh.az/35242-.html

Prezident Qubaya yeni icra başçısı qoydu - Foto

31.08.2023 16:23:48

LIVE

Bu gün Prezidentin sərəncamı ilə İlqar Akif oğlu Mahmudov Qubaya icra başçısı təyin edilib. 


“Qafqazinfo” xəbər verir ki, İ.Mahmudov bu təyinatadək Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işləyib.

O, daha əvvəl Bakı Humanitar Kollecin direktoru vəzifəsini tutub.

İ.Mahmudov əvvəllər sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib