Dərc edilib: 31-08-2023

https://www.nuh.az/35245-.html

Ukrayna müdafiə naziri postuna TÜRK gəlir - VİDEO

31.08.2023 22:24:54

LIVE

Ukraynada müharibə davam edir. 


Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Xarkov, Xerson və Zaporojye vilayətləri Rusiya Ordusunun hava hücumlarına məruz qalıb.

M.Aslanov Ukrayna müdafiə naziri vəzifəsinə türk əsilli şəxsin gələcəyi ilə bağlı xəbərlərdən də danışıb:

“Aleksey Reznikovun gələn həftə istefaya göndəriləcəyi gözlənilir. Onun yerinə isə Krım tatarı Rüstəm Umarovun təyin olunacağı deyilir. R.Umarov Krım-tatar cəmiyyətinin fəallarından biridir və Türkiyəyə yaxınlığı ilə seçilir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib