Dərc edilib: 31-08-2023

https://www.nuh.az/35246-.html

Xaçlıları müqəddəs torpaqlardan qovan böyük TÜRK sərkərdəsi - Səlahəddin Əyyubi

31.08.2023 22:57:15

LIVE

Peyğəmbərlər şəhəri kimi də tanınan Qüds tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi edib. 


Müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsanın daxil olduğu şəhəri 638-ci ildə Bizans işğalından xilas edən İslamın ikinci xəlifəsi Həzrət Ömərin xilafəti dövründə fəth edildikdən sonra Qüds 1099-cu ildə Birinci Səlib yürüşünün sonunda yenidən xristianlar tərəfindən işğal edildi.
Xaçlıların işğalı altında olan şəhər işğala son qoyacaq fatehini gözləməyə başladı. Səlahəddin Əyyubi! İslam dünyasının ən böyük qəhrəmanlarından biri...

Səlibçilərin qorxulu yuxusu... Qüdsün fatehi... Bunlar Səlahəddinin bilinən bir neçə ləqəbindən biridir və o, bu günə qədər müsəlmanlar, xristianlar və yəhudilər arasında hörmət və ehtiramla anılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib