Dərc edilib: 01-09-2023

https://www.nuh.az/35253-.html

Belə davam etsə, Əliyev İrəvanda çay içəcək - Məlikyan

01.09.2023 18:35:07

Siyasət

“Belə davam etsə, Əliyev İrəvanda çay içəcək”.


Gununsesi.info xəbər verir ki, bu barədə 44 günlük müharibədə ölən erməni əsgərin anası, “Ana Ermənistan” hərəkatının üzvü Naira Məlikyan deyib.

O bildirib ki, müharibə bitsə də, erməni əsgərlər qırılmağa davam edir.

“Əgər ordu komandanı Paşinyan olacaqsa, biz əbədi məhv olmağa məhkumuq və bir gün Əliyev çayını İrəvanda içəcək”, – o bildirib.

Qeyd edək ki, Ermənistanın təxribatından sonra sərhəddə eskalasiya başlayıb. Rəsmi məlumatlara görə, Ermənistanın indiyə qədər 4 itkisi var, lakin real itkilərin daha çox olduğu vurğulanır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib