Dərc edilib: 02-09-2023

https://www.nuh.az/35263-.html

ƏDƏBİ MONOTEXNOLOJİ və ya get öz evini təmizlə, çəpərini düzəlt

02.09.2023 19:36:05

LIVE

 

ƏDƏBİ MONOTEXNOLOJİ
və ya
"get öz evini təmizlə, çəpərini düzəlt"

Hamımız hamışünasığ, (hərşeyi bil...miş kimi göstərmə heçnə bilməməyin sübutudur), uşağından böyüyünə, alimindən ipləməsinə, kəndin arvad-kişisində nazirinə-nazirəsinə qədər.
Aşıq demiş "Evində zibilin çıxıbdı dizə", qonşunun həyətinə dodaq büzürsən.
BAŞQALARI ÜZƏRİBDƏN ÖZÜNÜ UNUTDURMAQ, ƏYƏR-ƏSGİYİNİ ÖRT-BAS ETMƏK , pafosu, populizmi-kütləyə oynamaq təlxəkliyindən başqa bir iş deyil.
Dünyanın heç bir ölkəsinin vətəndaşı, Mozambik belə, Azərbaycan vətəndaşı haqqında düşüncəni ağlının ucundan keçirmir, amma bütün Azərbacan vətəndaşları, içi mən qarışıq, qonşu ölkələrdən tutmuş ən uzaqlara qədər hamının fikrini çəkirik, əlbəttə, dedi-qodu, yarımçıq və ya uyduruq məlumatlarla.
Bütün kəndlərdə olduğu kimi bizim kənddə də mərkəz -"Anbarqabağı" deyilən yer vardı. Kişilər kəndin yeganə çayxanasının yanında "Domunu" çığırdır, Brejnevi müzakirə edirdi.
--Ay qonşu, sənin Brejnevnən-zadnan nə işin, çəpərimiz uçub üç aydı sənə deyirəm ki, gəl düzəldək, eləmirsən, heç olmasa get "Lafet"ini düzəltdir,-səsə qulaqlarıyla "baxan" oyunçu heç cavab verməyi şəninə sığışdırmadı.
Xarici İşlər Naziri E. Məmmədyarovun dilimizi bilmədiyi, rusdilli olmasına kəsgin təhqiramiz ifadələrimizə cavab olaraq mili-yerli, ədəbi vətənpərvərə, elə mənə də, (məclisdə mən də vardım) xidmətçi qız,-
-Görürəm ki, şairsiz, bağışlayın, Çingiz Abdullayev sizin katibinizdi?,-sualını verib də getdi pivə süzməyə, o biriləri bilmirəm, mən xeyli utandım Elmar müəllimə iradlardan.
Elə MM də bu kökdədi; İrandan, RF-ndan, Almaniyadan-zaddan ağızları köpüklənə-köpüklənə danışacaq, guruldayacaqlar, biri də çıxıb öz halımıza çıraq olmayacaq.
TBMM-sndə Bir miilətçi beləcə dedi:
-MƏMMLƏKƏT DEYİL E...ÇOP YIĞINI (ZİBİLXANA).....
(O Millət Vəkili Suriya, Əfqan köçgünləriylə bağlı deyirdi)
Bizim ədəbiyyat zibilxanaya dönüb, gəlin öncə öz evimizi təmizləyək; istər yaradıcılıq, istərsə sosial-ədəbi ədalət anlamında.
Azərbaycan vətəndaşının bugünkü durumu, yaşamı, dolanışığı, mənəvi-əxlaqi çürüməsində mənim də, sənin də "xidməti" var.
CƏHƏNNƏMƏ ODUN DAŞIYANLARIN CƏHƏNNƏMDƏN ŞİKAYƏTƏ HAQQI YOXDUR.
Dəxli olan-olmayan bir hadisə....
hökumətdən hərcür barınan şair... oğlunu birillik Prezident təqaüdünə calamaq istər. Bu həyasız gənc oğlan uşağı (indi tanınan)heç nə yazmır. Deməli, 10 kitab tökürlər ortaya və hər kitabdan 5-10 şeir seçib-üzərində əməliyyat aparıb kitab çap etdirir və təqaüd alır. Orda mənim ilk kitabımdan da "seçmələr" var, ritmiylə-zadıyla
Səndən Məktub gözləmirəm
Dəbdən düşüb məktub yazmaq
Zəng eləsən, sevinərəm
Telefonum yoxdu, ancaq
və s. belə davam edir, 1988-ci il doğumlu şeir 1990-cı ildə kitabımda gedib. Sərvaz Əsgəroğlunun da misralarından çırpışdırıb kitab düzəldib, Prezident təqaüdü alıblar və meydan sulayırlar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib