Dərc edilib: 02-09-2023

https://www.nuh.az/35264-.html

Bezmişəm, qərar vermək vaxtıdır - Çingiz Abdullayevdən SENSASİON...

02.09.2023 21:07:23

LIVE

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək istədiyini bildirib.

Tanınmış yazıçı bu barədə sosial şəbəkə paylaşımında yazıb.

O bildirib ki, tənqidlərdən bezib.

Çingiz Abdullayev paylaşımında bunları qeyd edib:

“Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam, inciyəcəklər. “Yaramazlar” yazacam, daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxıb getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!”

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev paylaşımını rus dilində yazıb. (News24.az)

CİNGİZ SON.png (340 KB)

NUH informasiya agentliyi səhifəsindən çap edilib