Dərc edilib: 03-09-2023

https://www.nuh.az/35265-.html

Təxminən 900 min il əvvəl bəşəriyyət yox olmaq ərəfəsində olub

03.09.2023 08:54:06

LIVE

117 min il ərzində bəşəriyyət ekstremal iqlim şəraitinə görə yox olmaq təhlükəsiylə üz-üzə olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” Şərqi Çin Pedaqoji Universitetinin "Science” elmi jurnalında dərc olunmuş araşdırmasına istinadən xəbər verir.
Alimlər müəyyən ediblər ki, 930-813 min il əvvəl insan əhalisinin sayı əhəmiyyətli dərəcədə azalıb. Çoxalma qabiliyyəti olan insanların sayı 100 mindən 1280-ə düşüb.
Bunu 10 Afrika və 40 qeyri-Afrika populyasiyasından olan 3154-ə yaxın müasir insanın genomik analizinin köməyi ilə tapmaq mümkün olub. Alimlər spesifik genlərin təxmini yaranma tarixini onların variasiyalarının sayına görə təyin ediblər. Və bu genlərin görünmə tezliyi həmin dövrdə populyasiyanın artıb-azalmasından xəbər verir.
Roma Sapienza Universitetinin professoru və antropoloqu, tədqiqatın həmmüəllifi Giorgio Manzi deyib: 
"Tədqiqatımızdan əldə edilən rəqəmlər hazırda nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin sayına uyğundur".
 
Alimlər hesab edirlər ki, insanların sayının azalması o dövrdə Afrika və Avrasiyada hökm sürən kəskin soyuqlar, dəniz səthinin temperaturunun azalması və uzun sürən quraqlıqlarla bağlıdır. 
Tədqiqatın müəllifləri güman edirlər ki, bu şərtlər yeni növün - Heydelberq adamının yaranmasına səbəb ola bilərdi. Bəzi alimlər onu müasir insanların və neandertalların və denisovalıların ortaq əcdadı hesab edirlər. 
Giorgio Manzinin sözlərinə görə, bəşəriyyət həqiqətən də təhlükə qarşısında olub. Ancaq təkamül şansı son dərəcə çətin şərtlərdə belə qalır.
"Bizim bəxtimiz gətirib (sağ qalmışıq – red.), lakin... biz təkamül biologiyasından bilirik ki, yeni növün yaranması kiçik təcrid olunmuş populyasiyalarda baş verə bilər”, - professor deyib.
Xatırladaq ki, arxeoloqlar Çində hələ də naməlum olan insan növünə aid ola biləcək kəllə tapıblar https://life.pravda.com.ua/society/2023/08/12/255888/ .

NUH informasiya agentliyi səhifəsindən çap edilib