Dərc edilib: 05-09-2023

https://www.nuh.az/35279-.html

İcra başçısının TAZƏ xanım müavini....

05.09.2023 14:29:43

LIVE

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. 


“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib