Dərc edilib: 06-09-2023

https://www.nuh.az/35283-.html

Latviya Rusiya ilə sərhədi minalayacaq

06.09.2023 08:34:57

Kriminal

Latviya Rusiya və Belarusla sərhəddə tank əleyhinə minalar yerləşdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Latviyanın müdafiə naziri İnara Murniyetse deyib.

 

Onun sözlərinə görə, sərhəd qurulmalıdır və bunu tez bir zamanda həyata keçirmək lazımdır:

"Həmçinin, sərhəd hərbi baxımdan təchiz olunmalıdır. “Vaqner” muzdlu dəstəsinin bir hissəsinin Rusiya və Afrikaya yönləndirildiyini görsək də, digərləri Belarusda qalır və vəziyyət tez dəyişə bilər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib