Dərc edilib: 07-09-2023

https://www.nuh.az/35289-.html

Bakıda külək DARVAZANI aşırdı..12 yaşlı məktəbli darvazanın altında öldü

07.09.2023 11:19:16

LIVE

Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb. 12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib