Dərc edilib: 07-09-2023

https://www.nuh.az/35292-.html

Zelenski yeni müdafiə naziri Umarovu kollektivə təqdim etdi - Fotolar

07.09.2023 16:07:08

Cəmiyyət

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yeni müdafiə naziri Rüstəm Umerovu kollektivə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib. 

Zelenski Umerovun qarşısında duran tapşırıqları bəyan edib: “Onun əsas tapşırıqları ümumilikdə bütün müdafiə sahəsi üçün nazirliyin strateji və koordinasiya funksiyalarının gücləndirilməsi, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və Ukraynanın NATO-ya üzvlüklə bağlı öhdəliklərinin icrasının təmin edilməsidir”.

Xatırladaq ki, sentyabrın 6-sı Ali Rada R.Umerovu müdafiə naziri olaraq təsdiq edib. O bu vəzifədə Aleksey Reznikovu əvəz edəcək.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib