Dərc edilib: 07-09-2023

https://www.nuh.az/35295-.html

Şimali Kiprin rəhbəri İlham Əliyevə təşəkkür etdi

07.09.2023 23:15:39

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib.

 

Bu barədə Qaynarinfo Şimali Kipr Türk Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. "Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağı barədə bəyanatından məmnun oldum. Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti olan ŞKTC bu anlayışla varlığını davam etdirərkən, Azərbaycanla aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissəsi olaraq münasibətlərimizin getdikcə dərinləşməsi ən arzumdur. Cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”, - Ersin Tatar bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib