Dərc edilib: 09-09-2023

https://www.nuh.az/35311-.html

İlham Əliyevlə təcili danışıqlar aparmağa hazıram- Nooldu, Paşinyan..

09.09.2023 13:07:41

Siyasət

Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Frans Press” agentliyi yayıb. 

Məlumata görə, tərəflər söhbət zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasını müzakirə ediblər.

***

Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə isə, Paşinyan Makronla telefon danışığı zamanı bildirib ki, Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazırdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib