Dərc edilib: 09-09-2023

https://www.nuh.az/35314-.html

Ukrayna Qarabağdakı “seçkiləri” pislədi

09.09.2023 19:31:33

LIVE

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

“Qafqazinfo” xəbər verir ki, bəyanat Ukrayna XİN-nin saytında yerləşdirilib.

 
Qeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:

“Ukrayna bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.

Qeyd edək ki, Samvel Şahramanyan bu gün Qarabağdakı erməni seperatçıların yeni başçısı olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib