Dərc edilib: 09-09-2023

https://www.nuh.az/35315-.html

Qarabağ qazisinin qızı Mehriban Əliyevadan kömək istəyir

09.09.2023 19:48:56

Cəmiyyət

Bakı şəhəri,  Yasamal rayon  sakini  Novruzova Şamayı Vəlyəddin qızı  Birinci  Vitse - Prezident  xanım  Mehriban Əliyevaya  müraciət edib. 


Hörmətli Mehriban xanım !

Bütün Azərbaycan cəmiyyəti Sizi nəcib, qayğıkeş, insanların kədərinə şərik olan bir şəxsiyyət  kimi tanıyır və sevir.

Sizi  əbəs yerə “Qəlbimizin birinci xanımı” adlandırmırlar.

Əziz Mehriban xanım !

Mənim atam, 05.08.1956-cı il təvəllüdlü Novruzov Vəlyəddin Nurəddin oğlu COVİD-19 əleyhinə dövlətimizin tətbiq etdiyi vaksin səbəbindən  onkoloji xəstəliyə düçar olmuşdur. Onun vəziyyəti  hal-hazırda  ağırdır. Türkiyədən aldığımız analizlərin nəticələri sübut etmişdir ki, bu xəstəliyin yaranmasına səbəb məhz vaksin olmuşdur. Atam hal-hazırda 4-cü  dərəcə ağciyər  xərçəngidir. 100 %-lik   I qrup əlildir. 3 ildir ki,  dövlətimiz bizə heç bir kömək göstərməyib.

Onu da bildirim ki,  atam  I Qarabağ müharibəsi dövründə tankçı olub. Xocalıda bir neçə əsirlərimizin qaytarılmasında iştirak edib, əyninə ruslara məxsus döyüş paltarı geyinərək və rus dilində səlis danışaraq əsirlərimizin həyatını xilas etmişdir.

Anam da xəstədir. II qrup əlildir. Mən özüm ali təhsilli olsam da,  heç bir yerdə iş tapıb işləyə bilmirəm. Ailə vəziyyətimiz çox çətindir, atamın müalicələrini apara bilmirik.

Sizdən xahiş edirəm ki,  dövlətin vurduğu vaksin səbəbindən  atamın bu xəstəliyə  düçar olduğunu və dövlətimiz qarşısında xidmətlərini nəzərə alıb, onun müalicəsinin təcili İsraildı  və ya Türkiyədə aparılmasına köməklik göstərəsiniz. Çünki onun müalicəsi artıq Azərbaycanda mümkün deyil.

Bütün sübutları, Türkiyədən aldığımız  analizlərin nəticəsini təqdim etməyim üçün xahiş edirəm məni  qəbul edəsiniz.

Dərin hörmətlə, Novruzova Şamayı Vəlyəddin qızı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib