Dərc edilib: 12-09-2023

https://www.nuh.az/35336-.html

Mən KQB-də işləmişəm, sirləri açmıram

12.09.2023 15:42:34

LIVE

Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Sovet İttifaqının Dövlət Təhlükəsizliyi Komitəsində (KQB) işləməsini xatırladıb. 

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu barədə iclasın moderatorunun bu il Çin sədri Si Cinpinlə apardığı danışıqların yekununa dair sualına cavab verərkən danışıb. 

“Mən ki “KQB”də işləmişəm, sirləri açmıram”, - deyə Rusiya lideri qeyd edib. 

Xatırladaq ki, Si Cinpinin Rusiyaya rəsmi səfəri çərçivəsində martın 21-i Kremldə Rusiya-Çin danışıqları baş tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib