Dərc edilib: 13-09-2023

https://www.nuh.az/35342-.html

Eyni gündə 7 qadınla evləndi - İkisi bacıdır

13.09.2023 11:15:47

LIVE

Uqandalı iş adamı Hacı Habib Nsikonnene etdiyi toy mərasimi ilə diqqət çəkib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni gündə 7 qadınla evlənib.

Qadınların adları Məryəm, Mədinə, Aişə, Zeynəb, Fatimə, Rəşidə və Musanyusədir. 

Gəlinlərdən ikisinin bacı olduğu bildirilib.

Vurğulanıb ki, Nsikonnene onların hər birinə hədiyyə olaraq yeni avtomobillər alıb və hər birinin öz avtomobillərinin üzərində adları yazılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib