Dərc edilib: 14-09-2023

https://www.nuh.az/35346-.html

İlham Əliyev Tacikistana getdi - Fotolar

14.09.2023 11:37:40

Siyasət

Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-ü Tacikistana səfərə gedib.

“Qafqazinfo” xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

 






NUH informasiya agentliyi səhifəsindən çap edilib