Dərc edilib: 15-09-2023

https://www.nuh.az/35352-.html

Azərbaycanlı qadın BMT-dən medal aldı - Foto

15.09.2023 12:32:44

İdman

Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə təltif olunub.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi “X” sosial şəbəkə hesabında yazıb.

“Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib