Dərc edilib: 16-09-2023

https://www.nuh.az/35362-.html

ABŞ Prezidenti TARİXDƏ İLK DƏFƏ Orta Asiya Prezidentləri ilə görüşəcək

16.09.2023 19:16:40

LIVE

ABŞ Prezidenti Cozef Baydenin Mərkəzi Asiyadan olan həmkarları ilə görüşü gözlənilir. 


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

 
O bildirib ki, görüş pozitiv istiqamətdə olacaq və hər hansı bir ölkəyə qarşı keçirilməsi nəzərdə tutulmayıb. Burada daha çox birgə iş sahələrini müəyyənləşdirən bəyanatın qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, gələn həftə Nyu-Yorkda ABŞ, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentlərinin iştirakı ilə tarixdə ilk dəfə C5+1 sammiti keçiriləcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib