Dərc edilib: 19-09-2023

https://www.nuh.az/35373-.html

Laçında Azərenerji-nin 2 əməkdaşı həlak oldu

19.09.2023 10:53:47

LIVE

Laçında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

  “Qafqazinfo”nun məlumatına görə, hadisə Mollalar kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı saytımıza bildirib ki, hazırda Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Əlavə məlumat veriləcək. *** “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları – 28 yaşlı Məmmədov Məhəmməd Mübariz oğlu və 65 yaşlı Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib