Dərc edilib: 19-09-2023

https://www.nuh.az/35374-.html

Prezidentin qızının müsadirə olunanan pulları qadınlara və çağalara xərclənəcək

19.09.2023 12:18:09

LIVE

BMT-nin yeni proqramını dəstəkləmək üçün Özbəkistanın Vizyon 2030 Fondu tərəfindən 43,5 milyon dollar ayrılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın korrupsiya yolu ilə topladığı, sonradan müsadirə olunmuş və Özbəkistana qaytarılmış pulları Özbəkistanda ana və çağalara xərclənəcək. Bu vəsait onların qarşısı alına bilən ölüm hallarının əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş BMT-nin yeni proqramını dəstəkləmək üçün istifadə olunacaq. Bu barədə BMT-nin respublikadakı ofisinin rəsmi saytında məlumat verilib.

Yeni proqramın əsas məqsədlərindən biri az çəkisi olan uşaqların sağ qalma səviyyəsini indiki 75%-dən 90%-ə çatdırmaqdır.

Uznews.uz xəbər verir ki, “Uzbekistan Vision 2030” çox tərəfdaşlı trast fondu Gülnarə Kərimovanın İsveçrədə müsadirə olunmuş 131 milyon dollar dəyərində qanunsuz əldə etdiyi aktivlərinin Özbəkistana qaytarılması üçün yaradılıb.

“Özbəkistan və İsveçrə arasında restitusiya sazişi nəticəsində alınan Fonda töhfə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda konkret irəliləyiş əldə etməyə imkan verəcək və Özbəkistan vətəndaşlarının həyatını birbaşa yaxşılaşdıracaq. BMT-nin bu proqramı bütün ölkə üzrə otuz ay ərzində 600 min qadını və yeni doğulmuş uşağı əhatə edəcək”, - deyə BMT-nin Özbəkistandakı rezident əlaqələndiricisi Konsuelo Vidal-Bruce bildirib.

BMT-nin yeni proqramı üç agentlik UNİCEF, UNFPA və ÜST tərəfindən birgə həyata keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib