Dərc edilib: 20-09-2023

https://www.nuh.az/35385-.html

Tahir Salahovun qızı vəfat etdi

20.09.2023 10:39:37

LIVE

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Alagöz Salahova 70 yaşında vəfat edib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə onun oğlu Dan Salahov sosial şəbəkə hesabında bildirib. 

O, anasının 6 ay ölkə xaricində və Bakıda müalicədə olduğunu qeyd edib. 

A. Salahovanın dəfn mərasimi sentyabrın 21-də Bakıda keçiriləcək. 

Qeyd edək ki, A. Salahova T. Salahovun özbək rəssam Vansetta Qarayaqubova ilə evliliyindən dünyaya gəlib. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib