Dərc edilib: 20-09-2023

https://www.nuh.az/35388-.html

Beş ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi...şəhid oldu

20.09.2023 14:50:50

Günün sitatı

Sentyabrın 19-da erməni terroru nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov 5 ay əvvəl ailə həyatı qurubmuş.

 

  “Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Nicat Hüseyn Dağlar sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, övlad yolu gözləyən şəhidin çox kədərli həyat hekayəsi olub: “Xəzər körpə yaşlarında atası Azər kişi ilə dənizə gedir. O, dənizdə üzərkən boğulmaq təhlükəsi ilə üzləşir. Bunu görən atası oğlunun köməyinə yetişir. Ata Xəzəri ölümdən xilas etsə də, özü Xəzər dənizinin cəngindən qurtula bilmir və həyatını itirir. Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayır və o, ehtiyacla dolu uşaqlıq illəri keçirir... Bu gün Xəzər illər öncə onu ölümdən xilas edərkən həyatını itirmiş atasının yanında dəfn olundu”. Qeyd edək ki, Xəzər Zamanov bu gün Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib