Dərc edilib: 20-09-2023

https://www.nuh.az/35389-.html

Suraxanıda “Əsrin müqaviləsi”nə həsr olunmuş konfrans - Fotolar

20.09.2023 16:32:55

LIVE

Sentyabrın 20-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı konfrans keçirilib. 


“Qafqazinfo” xəbər verir ki, konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, Rayon Ağsaqqallar şurasının sədri Arif Babayev, RİHB-nin müavinləri, şöbə müdirləri, rayonda fəaliyyət göstərən neft şirkətlərinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, ümummillilLider, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. RİH başçısı Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyinin, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb. O, bildirib ki, Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən siyasəti bu gün ölkəmiz və region üçün böyük fayda verir.

Milli Məclisin deputatı Etibar Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, Rayon Ağsaqqallar şurasının sədri Arif Babayev, RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin nümayəndəsi Həsən Zalov çıxış edərək Ulu öndər Heydər Əliyevin ökəmizi böyük inkişaf yoluna çıxarmış neft və qaz strategiyasının bu gün prezident cənab İlham Əliyevin iradəsi və müdrikliyi sayəsində yaşadığını, iqtisadi və siyasi müstəqilliyimizin möhkəmlənməsində aparıcı rol oynadığını qeyd ediblər.

 






NUH informasiya agentliyi səhifəsindən çap edilib