Dərc edilib: 22-09-2023

https://www.nuh.az/35398-.html

Məktəbdə külli miqdarda mənimsəmə aşkarlandı, cinayət işi açıldı

22.09.2023 14:47:43

LIVE

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Cəlilabad rayon prokurorluğundan Qaynarinfo-ya verilən xəbərə görə, Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib