Dərc edilib: 23-09-2023

https://www.nuh.az/35403-.html

İnterpol Qazaxıstandan çıxarılan kapitalın axtarışına qoşulacaq

23.09.2023 10:45:31

LIVE

Qazaxıstan Baş Prokurorluğunun nümayəndələri qurumun Fransanın Lion şəhərindəki baş qərargahında İnterpol əməkdaşları ilə görüşüb.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, sentyabrın 21-dən 22-dək baş prokurorun müavini Ulan Bayjanovun sədrliyi ilə nümayəndə heyətinin səfəri çərçivəsində İnterpolun polis xidmətinin icraçı direktoru - İnterpolun baş katibinin müavini Stiven Kavanaq və İnterpolun maliyyə cinayətləri və korrupsiyaya qarşı mübarizə mərkəzinin direktoru İsaak Kehinde Oqinni ilə görüş keçirilib.

“Tərəflər Qazaxıstandan kənara köçürülmüş qanunsuz əldə edilən aktivlərin axtarışı, dondurulması, müsadirə edilməsi və geri qaytarılmasında İnterpolun rəqəmsal və əməliyyat imkanlarından istifadə etmək barədə razılığa gəliblər”, - Qazaxıstan Respublikası Baş Prokurorluğunun bəyanatında deyilir.

Qeyd edək ki, İnterpol 195 ölkənin daxil olduğu dünyanın ən böyük hüquq-mühafizə təşkilatıdır. Bu göstəricidə İnterpol BMT-dən sonra ikinci yerdədir.

Bundan əlavə, İnterpol regional hüquq-mühafizə orqanları ilə (Avropol, Karin və s.) geniş əməkdaşlıq edir.

Onu da bildirək ki, Qazaxıstanın korrupsioner məmurlarının bir xeylisi qulluq mövqelərindən istifadə edərək topladıqları varidatı Avropa ölkələrinə köçürüblər və hazırda orada asudə yaşayırlar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib