Dərc edilib: 24-09-2023

https://www.nuh.az/35408-.html

Ərdoğan sabah Naxçıvana gəlir: Hansı məsələlər müzakirə olunacaq?

24.09.2023 12:58:21

Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
 
Görüşdə Qarabağdakı lokal antiterror tədbirlərindən sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə ediləcək.
Məlumata görə, Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib