Dərc edilib: 24-09-2023

https://www.nuh.az/35411-.html

Qazaxıstanda prezidenti öz iqamətgahını uşaqlara verdi ...

24.09.2023 20:07:43

LIVE

Qazaxıstan prezidentinin iqamətgahı uşaq düşərgəsinə çevriləcək.

Musavat.com Qazaxıstan mediasına istinadən xəbər verir ki, ölkə prezidentinin Atırau vilayətindəki iqamətgahının yerində uşaqlar üçün təhsil və istirahət düşərgəsi yaradılacaq.

Məlumata görə, gələn il yeməkxana və 300 nəfərlik yataqxananın tikintisinə başlanılacaq. Bu məqsədlə büdcədən 96 milyon tenge ayrılacaq.

Hazırda ərazi abadlaşdırılır. Düşərgənin açılışı Uşaqlar Gününə nəzərdə tutulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib