Dərc edilib: 25-09-2023

https://www.nuh.az/35415-.html

Naxçıvanda Ərdoğanı İlham Əliyev qarşıladı - Video - Fotolar

25.09.2023 15:58:25

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

Bildirilir ki, səfər Prezident İlham Əliyevin dəvəti ilə həyata keçirilir və bir gün davam edəcək.

***

Türkiyə liderinin Naxçıvana səfəri başlayıb.

Dövlət başçısının təyyarəsi Naxçıvan Beynəlxalq Hava Limanına enib.

Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyənin və Azərbaycanın Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

 

 









NUH informasiya agentliyi səhifəsindən çap edilib